28 May 2017 00:20
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük yeddiliy"in İtaliyanın Taormin şəhərində keçirilən sammiti başa çatıb.

Teleqraf.com xəbər verir ki, itirakçılar terrorçuluqla mübarizənin vacibliyi, Suriya və İraqda İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi, eyni zamanda Rusiyaya münasibətdə Minsk razılaşmasına əməl edilməyəcəyi təqdirdə sanksiyaların tətbiq olunması haqda yekun deklorasiya qəbul ediblər.

Ekspertlər qeyd edir ki, hazırkı sammit əvvəlkilərlə müqayisədə faydasız olub və əsas problemlərin həlli ilə bağlı heç bir konkret qərar çıxarmayıb. Bu üzdən də bütün diqqət Hamburqda baş tutacaq "Böyük iyirmilik" sammitinə yönəlib.


Müəllif: Teleqraf.com