28 May 2017 01:57
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran sərhəd mühafizəçiləri tərəfindən Pakistan ərazisinə mərmi atılıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Pakistan rəsmisi Bəşir Bungalzai İran tərəfindən minaatandan açılan atəşlə Panjgur bölgəsində bir avtomobilin vurulduğu, nəticədə 1 nəfər mülki şəxsin həlak olduğunu açıqlayıb.

Pakistanın hadisə ilə bağlı İrana sərt mesaj göndərdiyi bildirilir. Habelə iki ölkə yetkililərinin sabah hadisə ilə bağlı bir araya gələcəyi açıqlanıb.

Qeyd edək ki, İran ilə Pakistan arasında bundan öncə də oxşar hadisələr yaşanıb. Rəsmi Tehran İslamabadı sərhəddəki "cünni militanlar"la yetərincə mücadilə apamamaqda günahlandırır.


Müəllif: Teleqraf.com