28 May 2017 12:42
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın qərbində terrorçularla silahlı toqquşma zamanı 2 İran sərhədçisi ölüb, 2-si isə yaralanıb.

Trend-in məlumatına görə, toqquşma Urmiyanın sərhədçiləri ilə PKK terror qruplaşmasının qolu sayılan PJAK üzvləri arasında baş verib.

May ayının əvvəlində İran, Türkiyənin öz sərhədində 144 kilometrlik divar inşa etmək planını dəstəklədiyini bildirib.

"Biz, sərhədlərin təhlükəsizliyini və sabitliyini gücləndirən istənilən addımları alqışlayırıq", - İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib.

Qeyd edək ki, ötən ay İranın Sistan-Belucistan əyalətində, Maryava şəhərinin yaxınlığında Caş-ul-Adl terror qruplaşmasının üzvləri İran sərhədçilərinə hücum ediblər. Terrorçuların hücumu nəticəsində 10 İran sərhədçisi həlak olub, 2-si isə yaralanıb.


Müəllif: Teleqraf.com