28 May 2017 17:01
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın füreri Hitler haqqında məlumatlar hələ də aşkarlanmaqdadır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, alman lideri haqqında yaxınlarda ortaya çıxan məlumatları təqdim edir:

1.Hitlerin atası Alois, oğlu anadan olmamışdan 10 il əvvəl Şiklqruber olan soyadlarının xatırlanması və daha asan yadda qalması üçün Hitlerə dəyişdirib.

2. O, 4 yaşında boğulma təhlükəsi ilə üz-üzə qalan zaman bir keşiş tərəfindən xilas edilib. Buna görə, uşaq ikən keşiş olmaq istəyib.

3. Hitler lider olandan sonra iqtisadi vəziyyətləri yaxşı olmadığı üçün ailəsindən pul almadan onlara xidmət edən avstriyalı yəhudi həkimi "Həqiqi Yəhudi" olaraq qoruma altına alıb.

4. Adolf Hitlerin ilk məhəbbəti Stefani Isak adlı yəhudi bir qız idi.Lakin qıza heç vaxt sevgisini etiraf etməyib.

5. Hitler həbsdə olduğu vaxt Mercedesə avtomobil krediti üçün məktub göndərib, illər sonra bu müraciət forması bir bit bazarında tapılıb.

6. Birinci Dünya Müharibəsində bir ingilis əsgəri yaralı alman əsgərinə mərhəmət göstərərək onu öldürmədi. O əsgər Adolf Hitler idi.

7. Adolf Hitler İngiltərəyə qarşı başlatdığı bombardıman zamanı doğma qardaşı oğlu Uilyam Patrikin Liverpuldakı evini də yerlə bir etdi. Bundan əlavə qardaşı oğlu Amerikaya köçərək orduya qoşulub və əmisinə qarşı savaşıb.

8. Hitler siqaretə qarşı hərəkat başladan tarixdəki ilk liderdi.

9. Məşhur Amerikan avtomobil prodüseri Henri Fordun böyük heyranı olan Hitler iş masasında onun bir fotonsunu saxlayırdı.

10. Vegeteriyan olan Hitler heyvanları çox sevirdi və alman çoban iti Aptli ilə çox vaxt keçirirdi.

11. Hitler 1900-cı illırin əvvəli müraciət etdiyi Vyana İncəsənət Akademiyasından rəsm çəkmə qabiliyyəti olmadığı səbəbilə rəd edilib.

12 .Hitler futbolu sevmirdi.

13. Diş fırçası stili kimi tanınan bığlarına burnunu kiçik göstərdiyi üçün üstünlük verdiyi deyilir.


Müəllif: Şəfiqə Nazimqızı