28 May 2017 19:14
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı ölkələrinin (ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın) dövlət və hökumət başçılarının İtaliyanın Siciliya adasının Taormina şəhərində bir araya gəldiyi "G7" zirvə toplnatısında əsas müzakirə mövzusu iqlim dəyişikliyi olub.

Teleqraf.com xəbər verir ki, toplantı haqda məlumat verən Almaniya kansleri Angela Merkel 7 ölkənin mövzu ilə bağlı ortaq məxrəcə gələ bilmədiyini qeyd edib.

"Burada altının birə qarşı olduğu durumla üz-üzəyik. ABŞ-ın Paris sözləşməsinə əməl edəcəyinə dair heç bir işarə yoxdur", deyə Merkel bildirib.

ABŞ prezidenti Donal Tramp mövzu ilə bağlı qərarını gələn həftə açıqlayacağını qeyd edib.


Müəllif: Ruslan Xəlil