28 May 2017 19:57
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Honq-Konq hava məkanına daxil olan ABŞ təyyarəsini təqib etdiyini açıqlayıb.

Çin müdafiə nazirliyinin sözçüsü Vu Çien bildirib ki, ABŞ təyyarəsi ötən həftənin 5-ci günü Honq-Konq hava məkanını pozub: "Haqlı olaraq təyyarəni peşəkarcasına təqib etdik. ABŞ-ın Çinin nəzarətində olan su və hava məkanını tez-tez pozması bölgədəki gərginliyi artıra bilər. Çin ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün gərəkən addımları atacaq. "

Nazir Çin qırıcılarının ABŞ-a məxsus hərbi gəmilərə çox yaxın uçmasına dair xəbərləri təkzib edib. ABŞ mətbuatında yer alan xəbər görə, ÇİN qırıcıları Honq-Konqa yaxın dəniz sularında üzən ABŞ gəmilərinə çox yaxınn uçub və təhlükə yaradıb.


Müəllif: Ruslan Xəlil