28 May 2017 20:42
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır və bu ölkənin bütün ərazisində silahlı toqquşmaları dayandırmağa çağırır.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir.

"26 may tarixində Tripoli rayonunda baş verən toqquşmalar ciddi narahatlıq doğurur. Fikir ayrılığının aradan qaldırılmasının yeganə yolu danışıqlardır. Tərəfləri Liviyanın təhlükəsizlik və sabitliyini pozan addımlardan çəkinməyə çağırırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, Tripoli rayonunda son toqquşmalarda 25 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.


Müəllif: Teleqraf.com