29 May 2017 13:35
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizindəki ən qəribə adalardan biri İtaliyanın Neapol şəhəri yaxınlığındadır.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Qaiola adası zahiri baxımdan gözəl görünsə də, lənətlənmiş hesab olunur.

Adanın tarixi 1920-ci illərə kimi gedib çıxr. Qaiolanın ilk sakinlərindən olan isveçrəli Hanz Braun bir neçə il adada yaşayıb. Braunun cəsədi adada xalçaya bükülmüş formada tapılıb. Hadisədən bir neçə ay sonra isə onun həyat yoldaşı dənizdə boğulub.

Adadakı ölümlər Braun ailəsindən sonra da davam edib. Adanın yeni sahibi almaniyalı Otto Qrunbak isə qısa müddət yaşadıqdan sonra adadakı evində infarkt nəticəsində dünyasını dəyişir.

Qrunbak dünyasını dəyişdikdən sonra adanı çox zəngin iş adamı olan Baron Karl Pol alır. Baronun işləri yolunda getmir və iflas olur.

Lənət təkcə ada sakinlərini əhatə etmir. Quruya yaxın ərazidə yerləşən adanın lənəti sahildə yaşayanlara da sirayət edir. Sahil ərazidə yaşayanların da talesiz həyatla, gözlənilməz ölümlərlə üzləşdiyi deyilir.

Adanın yeni sahibi Covanni Aqnelli adanı alan kimi qohumları ölməyə başlayır. Oğlunu mafiya üzvləri qaçırır. Adanın son sahibi Conpaskul Qrappone isə həbs olunur.

Lakin ada haqqında uzun illər mediada getmiş bu tip xəbərlər turistləri qorxutmaq əvəzinə bu adaya axına səbəb olub. Avropanın ən lənətli yeri hesab olunan adaya maraq gedərək artır.


Müəllif: İlhamə