29 May 2017 16:45
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriya və İraqda İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı tətbiq etdiyi hərbi strategiyanı əhəmiyyətli şəkildə dəyişdirdiyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib ki, yeni hərbi strategiyada İŞİD üzvlərinin olduğu bölgədən çıxarılması əvəzinə, onların məhv edilməsi məsələsi yer alıb.

“Hazırkı hərbi strategiyamız İŞİD-ə qarşı mübarizəni artırmaqdır. Çünki İŞİD bütün mədəni xalqlara qarşı bir təhdiddir”, - nazir deyib.

Mettis İŞİD sıralarına qatılan xarici terrorçuların da məhv edilməsinin vacib olduğunu bəyan edib: “Koalisiyadakı bəzi müttəfiqlər bunu doğru hesab etməyə bilər. Ancaq İŞİD-ə qoşulan xarici terrorçuların Şimali Afrikaya, Avropaya, ABŞ-a, Asiyaya və Afrikaya dönmələrinə imkan verməyəcəyik”.


Müəllif: Cavad