29 May 2017 17:12
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya İncirlik hərbi bazasında olan alman əsgərlərinin Türkiyədən çıxarılması haqqında düşünür. Hökumətdə koalisiya ortağı olan Sosial Demokrat Partiyası və müxalifətdəki Sol Partiya bu tələblə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, artıq adı çəkilən siyasi partiyalar bu məsələdə Alman hökumətinə ciddi basqılar edir.

Sosial Demokrat Partiyasının nümayəndəsi Niels Anan qeyd edib ki, istənilən halda Almaniya hökuməti qərar verməlidir: “Türkiyə hökumətinə alman deputatların İncirlik hərbi bazasına girişinə icazə vermək üçün 14 gün vaxt verilib. Fikrimcə, bu, çox uzun bir müddətdir. Belə görünür ki, Kansler Merkel NATO zirvə görüşündən əli boş qayıdıb. Odur ki, Türkiyədəki hökumətə öz istədiyi oyunu oynamasına icazə verə bilmərik. Gələn həftə Almaniya hökuməti əsgərlərimizin İncirlikdən geri çəkilməsi mövzusunda qərar verməlidir, əks təqdirdə Federal Məclis dövrəyə girəcək”.

Xatırladaq ki, rəsmi Ankara alman deputatları İncirlik hərbi bazasına buraxmayacağını elan etdikdən sonra Berlin-Ankara münasibətlərində gərginlik yaranıb.


Müəllif: Cavad