29 May 2017 20:24
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin nümayəndəsi Marqaritis Sinas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə AB rəsmiləri arasında keçirilən görüşləri "olduqca məhsuldar" adlandırıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, M.Sinas mətbuat konfransında keçən həftə Ərdoğanla AB komissiyasının rəhbəri Jan Klod Junker və AB Şura rəhbəri Donald Tusk arasında keçirilən görüşlərdə tərəflərin ortaq dəyərləri müzakirə etdiklərini bildirib: "Türkiyə və AB əməkdaşlığı davam etdirmək məcburiyyətindədirlər və bunu edəcəklər".

Münasibətlərdə yeni dönəmin başlandığını deyən Sinas AB-Türkiyə münasibətlərində yeni dönəmin başladığını qeyd edib.

Ruslan


Müəllif: Teleqraf.com