30 May 2017 01:52
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada irqçi qrup türk Əli Fakioğluna hücum edərək onu döyüb.

Teleqraf.com Anadolu Agentliyinə istinadla bildirir ki, hadisə Belçikanın Neerpelt şəhərində baş verib. Əli Fakıroğlu gecə saatlarında işdən çıxaraq evinə getmək istəyib.

Amma bir qrup irqçi və radikal millətçi yolunu kəsərək, onu döyüblər. Üzərində irqçi simvollar daşıyan qrup Əli Fakiroğluna “Prezident Ərdoğanı sevirsənmi” sualı ediblər. Bundan sonra isə cavab gözləmədən dönərçini ölümcül döyüblər.

Təcili xəstəxanaya aparılan Əli Fakıroğlunun baş nahiyəsinə çoxlu sayda tikiş qoyulub.

Cavad


Müəllif: Teleqraf.com