29 May 2017 20:53
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin iki illik fasilədən sonra Fransaya səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Versal sarayında baş tutan görüşdə dövlət başçıları ikitərəfli əlaqələrlə yanaşı Suriya və Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.

Kremlin sözçüsü Dmitri Peskov səfər barədə açıqlamasında bildirib ki, prezidentlərin görüşündə əvvəlcə ikitərəfli əlaqələr müzakirə olunacaq: “Bildiyiniz kimi, təxirə salınmış bir çox əməkdaşlıq mexanizmi mövcuddur, bu baxımdan daha möhkəm koordinasiyaya ehtiyac var”.

Bu gün həm də Rusya-Fransa əlaqələrinin 300-cü ili kimi xarakterizə olunur. Belə ki, Putinin səfər tarixi 1717-ci ildə I Pyotrun Fransaya ilk səfər tarixi ilə eyni günə təsadüf edir. Bu səbədən Fransada iki ölkə arasında əlaqələrə həsr edilən sərgi də təşkil ediləcək.

Nərgiz


Müəllif: Teleqraf.com