30 May 2017 13:55
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.05.29 Saat 21:53

Moskvada mayın 29-da qasırğa nəticəsində ölənlər var.

Teleqraf.com-un məlumatına görə, bu barədə RİA Novosti agentliyi bildirir.

Agentlik ölənlərin dəqiq sayını acıqlamasa da, 40 nəfər yaralandığını qeyd edib.

***

Saat 09:09

Rusiyanın paytaxtı Moskvada dünən axşam saatlarında başlanan qasırğa 13 nəfərin həyatına son qoyub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Moskva Səhiyyə İdarəsinin rəhbəri Aleksey Xripun məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət zamanı 168 nəfər xəsarət alıb: "Onlardan 22-si uşaqdır. 146 nəfər hazırda xəstəxanalarda müalicə alır".

***

Saat 11:13

Moskvada qasırğa nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bununla bağlı məlumatı İstintaq komitəsinin nümayəndəsi Svetlana Petrenko jurnalistlərə açıqlamasında verib.

***

Moskva meri Sergey Sobyanin güclü qasırğanın şəhərdə törətdiyi fəsadlarla bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Sobyanin olay zamanı 16 nəfərin öldüyünü təsdiqləyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 108 nəfər müalicəsini davam etdirir: "243 evin damına, 135 elektrik dirəyinə, 2 min avtomobilə ziyan dəyib, 14 min ağac aşıb.

Hazırda dəyən ziyanın aradan qaldırılmasında 30 min canlı qüvvə və 5 min texnika iştirak edir".


Müəllif: Samir