30 May 2017 11:18
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın dünən keçirdiyi raket sınağına sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, Prezident Tramp Pxenyanın ballistik raket sınağı keçirməsinin qonşu Çinə böyük hörmətsizlik olduğunu bildirib.

Prezident deyib ki, Şimali Koreya yeni ballistik raket sınağı həyata keçirərək Çinə hörmətsizlik göstərib:

“Ancaq Çin əlindən gələni edir. Pekin Şimali Koreyanı cilovlamaq üçün əlindən gələni edir”.

Cənubi Koreyanın Baş Qərargahının rəisi SKUD növü olduğu fərz edilən qısa mənzilli raketin Vonsan bölgəsinin şərqindən atıldığını, mərminin 450 kilometr qət etdikdən sonra Yaponiya sahillərində dənizə düşdüyünü bildirib.

ABŞ Dövlət Departamenti bu məsələnin Prezident Trampa bildirildiyini və ABŞ rəhbərliyinin raket sınaqlarını yaxından izlədiyini qeyd edib.

Xatırladaq ki, bu, 2017-ci ildə Pxenyanın sayca doqquzuncu raket sınağıdır.


Müəllif: Cavad