18 İyul 2014 01:25
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın aviasiya idarəsi “Rosaviasiya” Ukrayna üzərində vurulan Malayziya təyyarəsi ilə bağlı sensasion iddia ilə çıxış edib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb.

“Rosaviasiya”da hesab edirlər ki, Malayziyaya məxsus “Boeing 777” təyyarəsi Ukrayna ordusunun raketi ilə vurulub və əsas hədəf Rusiya prezidentinin təyyarəsi olub.

Aviasiya idarəsinin adı çəkilməyən nümayəndəsi “İnterfaks”a bildirib ki, həm vurulan təyyarə, həm də Putinin təyyarəsi Varşava yaxınlığından təxminən eyni vaxtda keçiblər: “Təyyarələrin konturları eynidur. Üzərindəki rənglərə gəldikdə, uzaq məsafədə onlar da identikdir”.


Müəllif: