18 İyul 2014 10:20
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə axşamı Donetsk səmasında vurulan “Malayziya Hava Yolları”na aid “Boinq-777” təyyarəsində 154 Hollandiya vətəndaşı olub.

Bu barədə Amsterdamın Sxipxol aeroportunda mətbuat konfransı keçirən “Malayziya Hava Yolları”nın Avropa şöbəsinin vitse-prezidenti Xuib Qorter bildirib. Onun sözlərinə görə, təyyarədə 280 sərnişin, 15 ekipaj üzvü və 3 südəmər körpə olub.

Təyyarədə olanların milliyətinə qaldıqda isə Qorter; 154 holland, 27 avstraliyalı, 23 malayziyalı, 11 indoneziyalı, 6 britaniyalı, 4 alman və 4 belçikalı, 3 filippin, eləcədə 1 kanadalı olduğunu bildirib. Digərlərinin milliyəti müəyyənləşdirilir.

Qorter ölənlərin yaxınlarına baş sağlığı verərək onlara hər cür kömək ediləcəyini bildirib. Şirkət nümayəndəsi bildirib ki, təyyarə uçan bölgə təhlükəsiz sayılıb. “Əks halda təyyarə oradan uçmazdı”, - deyərək faciənin baş vermə səbələri haqqında suallara cavab verməkdən imtina edib.

/ans press/


Müəllif: