18 İyul 2014 10:57
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aksiyaçılarla polis arasında gərgin anlar yaşanıb

İsrail-Fələstin qarışdurmasının daha da şiddətlənməməsi, günahsız insanların əziyyət çəkməməsi üçün Türkiyənin bir neçə şəhərində etiraz aksiyası keçirilib.

Bu gecə İsrailin Qəzzaya quru əməliyyatı keçirməsini dayandırması məqsədilə Ankarada AKP və CHP-dən olan millət vəkilləri, QHT əməkdaşları və bir sıra fəallar İsrai səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar İsrail əleyhinə şüarlar səsləndiriblər.

Danışıqlardan sonra qəzəbli aksiyaçılar səfirlik binasına girməyə cəhd göstəriblər. Onlardan bəziləri binanı daşlamağa başlayıblar. Bundan sonra polis onlara müdaxilə etmək məcburiyyətində qalıb. Beləliklə, aksiyaçılarla polis arasında gərgin anlar yaşanıb. Polislər dağılmaq istəməyən aksiyaçıları təzyiqli su və qazla uzaqlaşdırmağa cəhd göstəriblər.

/ans press/


Müəllif: