18 İyul 2014 11:18
670

İran paytaxtı Tehranın mərkəzindəki qraffiti sosial mediada geniş yayılıb.

Qraffitidə bir çadralı qadın əlində "Dünya Kuboku" formasında qabyuyan maye butulkası tutur. Bunun mənası nədir və nə üçün təsiri bu qədər güclü olub?

Black Hand tez-tez "İranın Banksy-si" (Britaniyanın məhşur, amma kimliyi bilinməyən qraffiti rəssamı) adlandırılır. Onun kişi və ya qadın, yoxsa bir qrup şəxs olduğu bilinmir, amma qraffitilər paytaxtın bir neçə yerində peyda olmağa başlayıb.

Günlərin bir günü, iyunun sonunda, tehranlılar milli futbol komandası formasında qab yumaq üçün əllərində əlcəklərlə qabyuyan maye butulkası tutur.

Bu şəkil təkcə Tehranın ən mərkəzi küçəsində yerləşdiyinə görə deyil, yaratdığı təsirə görə Facebook, Twitter və Instagram-da minlərə dəfə paylaşılıb.

"Hər səhər duran kimi ilk olaraq Facebook səhifəmi açıram... bu gün bütün xəbər lenti bu şəkil haqqında idi", deyir Amerika və İranda yaşayan @Pedestrian. O, real adının istifadə olunmasını istəməyib.
"Düşünürəm ki, sənət əsəri vaxtında çəkilib. Dünya Çempionatını, stadion məsələsini və İranda qadın olmaq hissini bir araya gətirib".

Etirazlara baxmayaraq İranda uzun müddətdir ki, qadınlara stadionda futbola baxmaq qadağan olunub. 2012-ci ildə bu qadağa voleybola da aid edilib. Hazırda Dünya Liqası keçirilir deyə bir çox iranlı qəzəblidir.

"Çox qəddardır, inanılmaz dərəcədə qəddardır. Onları niyə buraxmırlar?" üç il İranın milli basketbol komandasını təmsil edən Sarah Ahari deyir. Hazırda o, İranla digər ölkələr arasında daha yaxşı məlumat axını üçün çalışan Small Media təşkilatında işləyir.
"Təsəvvür edin ki, İran Tehranda oynayır, braziliyalılar və italyalılar xanımlarını stadiona gətirə bilər, iranlılar isə yox. Matça ev sahibliyini sən (İran) edirsən".

Digər ölkələrdə olduğu kimi İranda da qraffiti qeyri-leqaldır və qısa bir müddətdə həmin qraffitini silmək üçün üstündən qırmızı boya ilə rəngləyiblər. Bəziləri bunun dövlət tərəfindən edildiyini deyir, digərləri düşünür ki, bunu Black Hand özü bir jest kimi edib.

Artıq qraffitinin fiziki izi qalmasa da, şəkli sosial mediada yaşamağa davam edir və hələ də paylaşılır. "Küçə sənəti həmişə siyasi olur. Küçədə adamlarla danışır, adamların əvəzinə danışır", iranlı amma hazırda ABŞ-da yaşayan qraffiti rəssamları dueti "ICY and SOT"-dan SOT deyir.

"Yaxşıdır ki, insanlar sosial media vasitəsilə bütün bunları görə bilir. Ola bilsin bir çox adamın heç xəbəri yox idi ki, İranda qadınlar və idmanla bağlı nələr baş verir. Amma bu rəsmi görəndən sonra onlar gedib yoxlayarlar. Bu, çox önəmlidir".

/BBC/


Müəllif: