18 İyul 2014 11:37
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada helikopter qəzası baş verib.

Alınan məlumata görə, helikopter Koreyada iki ay əvvəl batan və 300 nəfərin həlak olduğu gəmi faciəsinin olduğu bölgədən axtarış işlərindən dönərkən qəzaya uğrayıb.

Qəza anı qeydə alınan hadisədə 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Paytaxt Seuldan 330 kilometr məsafədəki Gvangju şəhərinin mərkəzinə düşən helikopter qəzasında avtobus gözləyən bir gənc qız da yaralanıb.

Polislər bölgədəki təhlükəsizlik kamerası tərəfindən görüntülənən qəzanın səbəblərini araşdırır.

/ans press/


Müəllif: