16 İyun 2017 23:57
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstana hərbi qüvvələr göndərir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Pentaqon artıq Əfqanıstana 4 min əsgər göndərmək qərarı verib.

“Assoşieyted Press” agentliyinə danışan ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib ki, ABŞ-ın Əfqanıstana 4 minlik əsgəri heyət göndərməsi burada yaranmış vəziyyəti Vaşinqtonun xeyrinə dəyişməkdir.

Prezident Trampın xaricə göndərdiyi ən böyük hərbi personal olacaq. Açıqlamada o da qeyd edilir ki, Prezident Tramp Pentaqon şefi Mattisə bölgədəki əsgər sayını tənzimləməklə bağlı geniş səlahiyyət verib.

Bununla belə, agentlik məhz hansı ABŞ rəsmisindən bu məlumatı əldə etdiyini açıqlamayıb.

Təhlükəsizlik ekspertlərinin fikrincə, Pentaqonun bu addımları başa düşüləndir. Çünki son dövrlər ABŞ Əfqanıstanda ciddi məğlubiyyətə məruz qalır. Hazırda Əfqanıstanda Rusiya və Pakistan daha aktivdir.


Müəllif: Cavad