17 İyun 2017 16:58
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın sahil mühafizə xidməti Afrika və Asiya ölkələrindən olan 900-dən çox miqrantı Aralıq dənizində xilas ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Liviya hərbi-dəniz qüvvələrinin nümayəndəsinə istinadla məlumat yayıb.

“Sahil mühafizə xidməti Əz-Zaviyə şəhəri yaxınlığında içərisində 906 nəfər olan hava ilə doldurulmuş 5 qayığı və taxtadan hazırlanmış gəmini saxlayıblar”, deyə general Əyyub Kassem bildirib.

O əlavə edib ki, xilas edilənlərdən 25- uşaq, 98-i qadındır. Onun sözlərinə görə, qayıqlardan biri deşilibmiş, taxta gəminin işə motoru sıradan çıxıbmış.


Müəllif: Səxavət