17 İyun 17:11

İlin əvvəlindən indiyədək Donbasda hərbi əməliyyatların aparıldığı zonada 47 dinc sakin həlak olub.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ATƏT-in Xüsusi Monitorinq Missiyası çıxış edib.

“2017-ci il ərzində Ukraynanın şərqindəki münaqişə nəticəsində 47 nəfər həyatını itirib, 222 nəfər yaralanıb”, deyə ATƏT missiyasının “Tvitter” səhifəsində bildirilir.

Missiyanın məlumatında o da bildirilir ki, dinc sakinlər əsasən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yaralanır və həlak olurlar.


Müəllif: Səxavət