17 İyun 2017 21:58
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri terrorçulardan azad edib.

Bu barədə "Al-Masdar" məlumat yayıb.

Hökumət qoşunları terrorçuların "dayaq məntəqəsi" olan Əl-Rəqqa istiqamətində irəliləməkdə davam edirlər.

"Pələng" elit seçmə dəstələrinin rəhbərlik etdiyi suriyalılar Süfyan neft sahəsini, həmçinin Salamiyə-Rəqqa yolu boyunca bir sıra kəndləri azad ediblər.

Hökumət qoşunları Hələbə döyüş sursatı daşımağın mümkün olduğu yeganə yolun təhlükəsizliyini təmin etmək üçün qərbə tərəf irəliləyirlər./Report/


Müəllif: Teleqraf.com