18 İyun 2017 00:21
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğın zamanı 58 nəfər itkin düşüb və onlar yəqin ki, ölüb.

Teleqraf.com-un "TASS"a istinadən verdiyi məlumata görə, bunu Skotlend-Yardın nümayəndəsi Stüart Kandi deyib.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 30 nəfər həlak olub, 58 nəfərin itkin düşdüyü bildirilir. Hazırda xəstəxanalarda 24 nəfər müalicə alırş Onlardan 12-si hələdə reanimasiyadadır.


Müəllif: Teleqraf.com