18 İyun 2017 08:35
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Hörmüzgan şəhərində 4 nəfərdən ibarət terrorçu qrup məhv edilib.

Bu barədə məlumat verən Hörmüzgan əyalətinin polis rəisi Əzizullah Mələki bildirib ki, terrorçu qrup daxil olan məlumata əsasən izlənilib. Onlar şəhərdə terror aktları törətmək üçün plana malik olublar. Saxlanılan zaman polisə müqavimət göstərən qrup məhv edilib. Onların üzərindən 4 avtomat və partladıcı maddə, həmçinin İŞİD terror qruplaşmasının bayrağı aşkar edilib. Terrorçulardan ikisi xarici ölkə vətəndaşıdır. Polis onların hansı ölkəyə mənsub olduqlarını açıqlamayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com