18 İyun 2017 10:33
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Əmirliyinin xarici işlər naziri Məhəmməd Əbdürrəhman Al Sani Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə rəsmi Doha arasındakı münaqişənin əsassız xəbərlər üzərində qurulduğunu bəyan edib.

Teleqraf.com-un xəbərinə görə Qətər televiziyasına danışan xarici işlər naziri deyib ki, Küveyt Əmirliyinin nə tələblərindən, nə də onları hansı məsələdə ittiham etməsindən məlumatsızdır:

“Baxırsınız ki, deyirlər, problem Körfəz ölkələri arasında baş verir və bu ölkələr arasında da həll edilməlidir. Lakin az sonra qeyd edirlər ki, tələbləri ABŞ-a çatdırılacaq. Bu da münaqişənin əsassız tələblər üzərində qurulduğunu ortaya qoyur”.

Xarici işlər naziri deyib ki, Qətərə qarşı olan ölkələrin tələblərinin nədən ibarət olduğu bəlli deyil:

“Onlar Körfəz ölkələri arasında bir anlaşılmazlıqdan danışırlar, sonra bu anlaşılmazlıqlar ABŞ-a təqdim ediləcək tələblər halına gəlir. İndi də şikayət siyahısı haqqında danışırlar. Ortada olan anlaşılmazlığı dialoq yolu ilə həll edirlər, yoxsa dialoq mexanizmlərini tükəndirdikdən sonra həll edirlər? Əgər, bu tədbirlər iddia etdikləri kimi Qətərin səhv bir istiqamətdə olan siyasətini dəyişdirmək və ya onu asılı duruma salmaqdırsa, biz bunu əsla qəbul etməyəcəyik”.

Qətərə qarşı olan Körfəz ölkələrinin mediasında Dohanın terror təşkilatlarına 65 milyard dollar yardın etməkdə ittiham etməsinə toxunan Məhəmməd Əbdürrəhman Al Sani bildirib ki, bunlar saxta ittihamlardır: “Bu saxta ittihamlar Qətər Xəbər Agentliyinə kiber hücumla başlanıb və bu böhtanları davam etdirərək bəzi ölkələr müəyyən tədbirlər görəcəyini elan edib”.


Müəllif: Cavad