18 İyun 18:00
189

Parisin məşhur Bastiliya meydanına gələn həvəskar və peşəkar velosipedçilər burada velosipedlərinin yanına uzanaraq yol qəzalarında dünyasını dəyişən həmkarlarını simvolik yad edib.

Teleqraf.com xəbər verir ki, yollarda onlara qarşı aqressiv davranış sərgiləməyən motosikletçiləri tənqid edən aksiya iştirakçıları afişalar qaldıraraq öz etirazlarını bildiriblər. Etiraz yürüyüşü bitdikdən sonra velosipedçi heyət Daxili İşlər Nazirliyinə gedərək bir sıra təkliflərini nazirliyə təqdim ediblər. Etiraz yürüyüşündə velosiped dərnəklərinin nümayəndələri və məşhur idmançılar iştirak edib.

Qeyd edək ki, ötən il Fransada müxtəlif yol qəzalarında 159 velosipedçi ölüb.

Son qəzalardan birində isə məşhur italyan velosipedçi Mişel Skarponi məşq zamanı bir yük maşını ilk toqquşaraq həyatını itirib. Velosiped idman növünə böyük rəğbət bəslənən Fransada hər il dünyanın ən məşhur veloyarışı olan Fransa Velosiped turniri keçirilir.


Müəllif: İlhamə