18 İyun 2017 19:16
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada may ayı ərzində maşın satışlarında ötən ilin eyni dövrünə görə 7,7%-lik artma tempi qeydə alınıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, maşın sənayesi satışında ötən aydan etibarən canlanma müşahidə olunub. Avropa Azad Ticarət Assosiasiyasının açıqladığı rəqəmlərə əsasən, ötən ay ərzində 1,43 milyon avtomobil satılıb. Həcm baxımından bu rəqəmlərin 2007-ci il may ayı satışlarına yaxınlaşdığı deyilir. Lakin, 2007-ci ilin may ayındakı rekord avtomobil satışlarının ardından dünyada iqtisadi böhran yaşanmışdı. 2007-ci ildən 2014-cü ilə kimi özünə gələ bilməyən Avropa avtomobil sənayesi bazarı nəhayət, 2014-cü ildən etibarən satışlarda artmalar qeydə alınmağa başlayıb.

2014-cü ildən bu günə kimi isə ən yüksək satış rəqəmi ötən ay qeydə alınıb.

May ayında ən çox satış həcmini yapon maşın markaları olan Suzuki və Toyota şirkətləri həyata keçiriblər. Onlar müvafiq olaraq, 21.4 və 19.6% satışlarını artıra biliblər. Bunları isə, alman avtomobil firması Daimler 14%-lə izləyib. Fiat Chrysler avtomobil korporasiyası 11.9%-lik artış göstərməklə yanaşı, bu şirkətin idman avtomobilləri modeli olan Alfa Romeo-da satışlarında rekord artma tempi qeydə alınıb. Fiat Chrysler avtomobil korporasiyası Alfa Romeo modelinin satışında 47.8%-lik artış əldə edib. Avopanın ən böyük avtomobil istehsalçısı Volkswagen isə 8.4%-lik satışlarını artırıb. Avorpada maşın satışlarında düşmələrdə qeydə alınıb. Yapon maşın istehsalçısı Honda və Mazda da, eləcə də, Jaguar Land Rover-in satışlarında düşmə qeydə alınıb. Onların satışındakı düşmələr müvafiq olaraq 14.5, 2.3 və 9.3% olub. Həmçinin, alman maşın firması olan Opel qrupunda da 1.7%-lik düşmə tempi yaşanıb.


Müəllif: İlhamə Əbülfət