18 İyun 2017 16:31
2 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı mətbuatı hərbi mənbələrə istinad edərək, Kral Salmanın Türkiyənin bu ölkədə hərbi baza qurmaq təklifini rədd etdiyini yazıb. Səudiyyə Ərəbistanı hökumət qaynaqları da Türkiyənin Səudiyyə Ərəbistanı ərazisində hərbi baza qurmaq təklifinin rədd edildiyini bildirib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hökumətinin açıqlamasında krallığın ərazisində xarici hərbi əsaslara ehtiyac olmadığı, silahlı qüvvələrin hərbi qabiliyyətinin yüksək səviyyədə olduğu söylənilib. Səudiyyə rəhbərliyi öz hərbi güclərinin terrorla mübarizə və Orta Şərqdə təhlükəsizlik və sabitliyi təmin etmək üçün İncirlik hərbi bazası daxil olmaqla xaricdə əhəmiyyətli iştirakçılığı olduğunu qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğan Portuqaliyanın RTR kanalına verdiyi son müsahibəsində qeyd etmişdi ki, Qətərlə yanaşı Səudiyyə Ərəbistanı kralına da təklif verib, bildirib ki, əgər uyğun hesab edirsinizsə, Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza qura bilər.

Rusiyanın Sputnik Agentliyinin xəbərinə görə, Ər-Riyadın xaricdən ölkəyə hərbi güc daxil olması haqqında düşünmədiyi ifadə edilib. Bir Səudiyyə səlahiyyətlisi isə qeyd edib ki, ölkəsində Türkiyəyə aid bir hərbi bazaya ehtiyac duyulmur.


Müəllif: Cavad