18 İyun 17:00

Tehran və Pekin hərbi əməkdaşlığa start verir.

Teleqraf.com xəbər verir ki, İran Dəniz Donanması ilə Cin Dəniz Donanmasına aid hərbi qüvvələr Bəsrə körfəzində müştərək hərbi təlimlər təşkil edib.

İRNA-nın məlumatına görə, hər iki ölkə birgə hərbi manevrlərə bu gün səhər saatlarında Bəsrə körfəzində başlayıb.

Xəbərdə qeyd edilir ki, cümə günü Çinə Hərbi Donanmasına məxsus gəmilər Bəndər Abbas limanına çatıb. Çin birgə təlimlərə 2 döyüş gəmisi, bir kreyser və vertolyot daşıyan gəmi göndərib. İran donanması isə hərbi təlimlərə döyüş gəmiləri, vertolyotlar və 700-ə yaxın hərbçi ilə qatılıb.

O da bildirilir ki, Çin Hərbi Dəniz Donanmasına aid texnika manevrlərdən sonra Ummanın paytaxtına doğru istiqamət alacaq.

Qeyd edək ki, son dövrlər ABŞ İrana qarşı radikal siyasi xətti ilə seçilir. Vaşinqton iştirak etdiyi bütün platformalarda Tehrana qarşı çox sərt siyasətin yürüdülməsnin vacibliyini vurğulayır. Belə bir məqamda İranın Çin kimi dünya nəhəngi ilə birgə hərbi təlimlərə başlaması Qərbə mesaj kimi də yozula bilər.


Müəllif: Cavad