19 İyun 2017 11:57
2 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz ayaqyoluna getmək üçün belə mağaradan bayıra çıxmırdıq. Əslində kütləvi təslim olmalar baş verə bilər. Ancaq dağlarda olan silahlılar qorxurlar. Bizi Şimali İraqdan göndərəndə deyirdilər ki, amandır, təslim olmayın, sağ ələ keçməyin. Əgər yaxalansanız türk əsgərlər sizi işgəncə ilə öldürəcək.

Teleqraf.com xəbər verir ki, bunu dünən Türkiyə Silahlı Qüvvələrinin əsir götürdüyü 4 PKK-çı qadından biri ifadəsində deyib.

Terrorçu qadın əlavə edib ki, türk əsgərlərinin saatlarla onlara dil tökməsi, mağaradan sağ-salamat çıxarması, səhhətlərinə diqqət etməsi onların təəccübünə səbəb olub: “Əgər vəziyyətin bu cür olduğunu düşünsəydik , sərhədi keçər-keçməz təslim olardıq”.

Xatırladaq ki, dünən Siirt regionunun Herekol dağlıq ərazisində Türk Silahlı Qüvvələri 4 terrorçu qadını saxlayıb. Terrorçular öncə bir mağarada gizlənərək orduya müqavimət göstərib. Təxminən 3,5 saat atışma olub. Daha sonra bir terrorçu öldürülüb. Türk ordusu terrorçulara təslim olacaqları halda sağ qalacaqları haqda xəbərdarlıq edib. 9 saat aparılan psixoloji danışıqlardan sonra 4-ü qadın olmaqla 6 terrorçu təslim olub.


Müəllif: Cavad