19 İyun 2017 14:31
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Qətərdəki vətəndaşlarına geri qayıtmaları və öz torpaqlarında yaşayan qətərlilərə ölkələrinə tərk etmələri üçün verdiyi vaxt başa çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu üç ölkənin vətəndaşlarından ölkələrinə geri qayıdanlar ilə bu ölkələrdə yaşayanlardan Qətərə qayıdanların sayı dəqiq olaraq bilinmir.

Məlumatlara görə, Səudiyyə, BƏƏ və Bəhreyn vətəndaşlara qəbul edilən qərarı yerinə yetirmək üçün 14 gün vaxt vermişdi.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir