19 İyun 2017 14:39
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Lokhid Martin” silah şirkəti 11 ölkəyə F-35 reaktivi satışına dair aparılan danışıqlar prosesinin başa çatdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, sözügedən anlaşma 37 milyard dollarlıq silah satışını nəzərdə tutur. Bu faktiki olaraq F-35 reaktivi çərçivəsində ən böyük razılaşma hesab olunur.

2006-cı ildən etibarən istehsalına başlanan F-35 reaktivi son texnologiya avadanlığı ilə yenilənib və bu həftə Parisdə Aviasiya Sərgisində sərgilənəcək.

“Lokhid Martin”in nümayəndəsi bildirib ki, əldə edilən razılaşmaya dair detallı məlumat vermək doğru olmazdı.

“Röyter” agentliyi isə qeyd edir ki, müqavilədə 400 ədəd F-35 reaktiv təyyarəsinin satılmasından söhbət gedir və bu təyyarələr 3 mərhələdə 11 ölkəyə çatdırılacaq.

Xatırladaq ki, ötən həftə F-35 almaq istəyən 11 ölkənin rəsmiləri ABŞ-ın Baltimor şəhərində bir araya gələrək şirkətlə müqavilənin detallarını razılaşdırıb.

F-35 təyyarəsini alan ölkələr sırasında qardaş Türkiyənin də adı var. Ümumilikdə təyyarələr Avstraliya, Danimarka, İsrail, İtaliya, Yaponiya, Hollandiya, Cənubi Koreya, Birləşmiş Krallıq, Türkiyə və ABŞ-a satılacaq.

Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci ildə 135 ədəd F-35 reaktivinin alışı həyata keçiriləcək. F-35 təyyarəsinin qiymətinin 88 milyon dollar olduğu qeyd olunur.


Müəllif: Cavad