19 İyun 19:04

Parisdə naməlum şəxs avtomobilini polis maşınına çırpıb.

Teleqraf.com AFP agentliyinə istinadən xəbər verir ki, hadisə Şanzelize bulvarında olub. Yaxınlıqdakı metro stansiyası bağlanıb. Məşhur Eliza sarayının mühafizəsi gücləndirilib.

Sürücünün silahlı olduğu bildirilir.

Polis maşını ilə toqquşan avtomobil sonradan alışıb. Hadisənin terror aktı və ya sıradan qəza olması araşdırılır.


Müəllif: Ruslan