20 İyun 2017 00:38
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə polis əməkdaşlarını aparan avtobus qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirin Sur bölgəsində qeydə alınıb.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Yaralılardan 9-nun polis olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşları əməliyyatdan qayıdan zaman qəzaya düşüblər.


Müəllif: Teleqraf.com