20 İyun 2017 04:12
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şərqində "Büje" atom elektrik stansiyasında yanğın baş verib.

Yanğın nüvə reaktorunun damında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın söndürülüb.

Məlumata əsasən, yanğın atom elektrik stansiyasının beşinci enerji blokunda əmələ gəlib.


Hadisə nəticəsində zərərçəkən olmayıb. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Yanğının səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir. /APA/


Müəllif: Teleqraf.com