20 İyun 2017 04:33
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 120-dən artıq miqrant itkin düşüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatında bildiriblər.

İtaliya sahil mühafizəsinin məlumatına əsasən, son 4 gün ərzində Aralıq dənizində 4,5 mindən artıq miqranta yardım göstərilib.

Qeyd edək ki, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropaya 77 mindən artıq miqrant qaçqın gəlib. Aralıq dənizi keçməyə cəhd göstərərkən 1828 miqrant həlak olub.


Müəllif: Teleqraf.com