20 İyun 2017 01:14
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın bu günlərdə sərbəst buraxdığı amerikalı gənc Otto Varmbier dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, Şimali Koreyada 15 il azadlıqdan məhrum edilmiş Otto Varmbier iyunun 14-də azadlığa buraxılmışdı.

Otto Varmbier azadlığa buraxılarkən sevindiyindən ağlayıb. Yaxınları onun 1 ildir koma vəziyyətində olduğunu bildiriblər.

22 yaşlı Varmbier ötən il Koreyada həbs edilib. O, ABŞ lehinə casusluqda ittiham edilib və barəsində 15 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.


Müəllif: Ruslan