18 İyul 2014 15:44
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyapərəst separatçılar araşdırmanın keçirilməsi üçün qəzanın baş verdiyi Ukraynanın şərqinə maneəsiz giriş verəcəyini bəyan ediblər. Malayziya ilə yanaşı hadisə yerinə öz ekpertlərini göndərməyə hazır olduğunu Rusiya, ABŞ və bir sıra başqa ölkələr bildirib.

Göyərtəsində 298 adam olan Malayziya Hava Yollarının təyyarəsi çərşənbə axşamı Rusiya sərhədinin yaxınlığındakı münaqişəli ərazidə qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb

Malayziya təyyarəsi

Bəzi iddialara görə təyyarə vurulub. Separatçıların idarə etdiyi Qrabovo kəndi yaxınlığında baş verən qəzada sağ qalan olmayıb. MH17 reysli təyyarə ilə əlaqə itməzdən əvvəl o, Ukrayna səmasında olub və Rusiya hava məkanına yaxınlaşırdı.

Ukrayna prezidenti hadisəni "terror aktı" adlandırıb. Üsyançılar təyyarəni vurduqlarını inkar edir. Son bir neçə gün ərzində separatçıların Ukraynanın iki hərbi təyyarəsini vurduğu güman edilir. Boeing 777 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçurdu. Moskvada olan aviasiya mənbəsi Reuters agentliyinə bildirib ki, təyyarə şərqi Ukraynada yerdə yanarkən aşkar olunub.

Mənbənin verdiyi məlumata görə, təyyarə Rusiya hava məkanına daxil ola bilməyib. Təyyarə ola bilsin ki, vurulub - Ukrayna prezidenti Petro Poroşenko qəza ilə bağlı qısa bəyanatında deyib. "Bu, son günlərdə üçüncü belə faciəli hadisədir. Ukraynanın An-26 və Su-25 hərbi təyyarələri Rusiya ərazisindən vurulmuşdu", - bəyanatda deyilir. "Ukrayna silahlı qüvvələri havadakı hədəfləri vurmağa cəhd göstərməyib".

Ukrayna
Tanınmamış Donetsk Xalq Respublikasının lideri Aleksandr Borodaidan gətirilən sitata görə istintaqın aparılması üçün "bir neçə günlük" atəşkəs barədə razılıq təklif oluna bilər.
Əsas hava nəqliyyat şirkətlə­­ri bəyan ediblər ki, şərqi Ukrayna üzərindən daha uçmayacaqlar. Amsterdamln Schiphol aeroportunda keçirilən mətbuat konfransında Malaysia Airlines şirkətinin Avropa üzrə rəhbəri Huib Gorter-in bildirdiyinə görə indiyə qədər təsdiq olunub ki, təyyarədə olanlar arasında aşağıdakı ölkələrin vətəndaşları olub: Azı 173 holland, 44 malayziyalı (o cümlədən 15 ekipaj üzvü və iki körpə), 27 avstraliyalı, 12 indoneziyalı, doqquz britaniyalı Digər sərnişinlər Almaniya, Belçika, Filippin, Kanada və Yeni Zelandiya vətəndaşları idi

Associated Press agentliyinin Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Heraşşenkodan gətirdiyi sitata görə, təyyarə 10 km hündürlükdən raketlə vurub. Son həftələrdə şərqi Ukraynada bir neçə hərbi təyyarə raket vasitəsilə vurulub. Ukrayna Rusiya ordusunu separatçı üsyançıları raketlərlə təmin etməkdə suçlayır. Bu xəbərdən bir neçə saat əvvəl Ukrayna rəsmiləri Rusiya hava qüvvələrini çərşənbə günü Ukraynaya məxsus yerə hücum təyyarəsini vurmaqda ittiham etmişdi.

ABŞ Prezidenti Barack Obama qəzanı Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsilə müzakirə edib, Reuters xəbər verir. Şərqi Ukraynada üsyançılar qəza ərazisinə çatıblar və "çoxlu" ölü cəsəd tapıblar, özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikası baş nazirinin müavini Andrey Purgin deyib.


Müəllif: