20 İyun 2017 14:24
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya sahillərində miqrantları daşıyan rezin qayığın batması nəticəsində 126 nəfər itkin düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 4 nəfərin balıqçılar tərəfindən xilas edildiyi bildirilib.

Məlumata görə, rezin qayıqda 130 nəfər olub.

Qeyd edək ki, ilin əvvəlindən bu yana 1800-dən çox miqrant Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.


Müəllif: Samir