22 İyun 2017 10:09
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın ümumi sərvəti 100 milyon dollar azalaraq, 2,9 milyard dollara düşüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Bloomberq" agentliyi məlumat yayıb.

Məlumatlara görə, Trampın seçki kampaniyasına öz cibindən xərcləməsi onun sərvətinin azalmasına səbəb olub.

Agentliyin yaydığı xəbərdə Trampın 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinə qədər olan müddətdə 596 milyon dollar gəlir əldə etdiyi qeyd olunub.


Müəllif: Samir