22 İyun 2017 13:43
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Rosoboronekspert" şirkətinin rəhbəri Sergey Kornev Fransada hücuma məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Parisdə keçirilən Le-Burje aviasərgisində baş verib.

Oğrular sərgidən çıxaraq, avtomobilinə əyləşən Kornevi ölümlə hədələyib və onun çantasını oğurlayıblar.

Məlumatlara görə, oğrulardan biri şirkət rəhbərinə xəsarət yetirib. O, hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb.

Paris polisi hadisə ilə əlaqədar 4 nəfərin saxlanıldığını bildirib.

Hadisədən sonra Fransanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə etiraz notası təqdim edilib. Notada Fransa polisinin bu ölkədə fəaliyyət göstərən və səfər edən rusiyalıların təhlükəsizliyinin gücləndirməsi tələb edilib.


Müəllif: Samir