22 İyun 2017 14:07
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mattis türkiyəli həmkarı Fikri İşıqa məktub göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məktub PKK terror təşkilatının Suriya qolu sayılan YPG qruplaşması ilə bağlı olub.

Məktubda ABŞ-ın YPG-yə göndərdiyi silahların siyahısı yer alıb. Bundan başqa, amerikalı general Rakka əməliyyatlarından sonra YPG-yə verilən silahların geri götürüləcəyini bildirib.

Mattis Türkiyəyə məktubunda Rakkanı alan qüvvələrin 80 faizinin ərəblərdən təşkil olunacağını ifadə edib.


Müəllif: Samir