22 İyun 2017 16:23
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada arxeoloqlar kütləvi məzarlıq aşkar ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, alimlər tapılan insan skeletlərinin rus əsgərlərinə aid olduğunu ehtimal edirlər.

Məlumatlara görə, skeletlər 150 il bundan əvvəl bu ərazidə basdırılıb. Məzarlıqda ümumilikdə 80 insan dəfn edilib.

Qeyd olunub ki, 1863-cü ildə polşalı əsgərlər 282 rus hərbçisini əsir götürüblər. Ehtimal olunur ki, aşkarlanan məzalıqda həmin əsgərlər dəfn olunub.


Müəllif: Samir