22 İyun 2017 17:27
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Şanlıurfanın Çiftçibaşı kəndində müəllimlik edən 23 yaşlı Nəcməddin Yılmaz terror təşkilatı PKK tərəfindən qətlə yetirilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, susuz və elektriksiz kənddə işləyən Nəcməddini kənd camaatı və şagirləri çox sevilirdi.

4 gün əvvəl tətil üçün doğulduğu kəndə gedərkən, yolda PKK-lı terrorçular maşınını qaçırıblar. 4 gün xəbərsiz yoxa çıxan Nəcməddinin atası Həmid Yılmaz İnsan Haqları Dərnəyinə müraciət edib

Həmid Yılmaz oğlunun ötən il oktyabr ayında kəndə müəllim təyin edildiyini bildirib: “Dərs dediyi kənd məktəbində həm müəllim, həm də direktor vəzifəsində işləyirdi. Yaz tətilində bizi ziyarət üçün yola çıxıb.

Onun gəlişini gözləyərkən polislər oğlumun maşınının yandırıldığını, özündən isə xəbər alınmadığını dedilər. Maşının yandırıldığı yeri gördüm. Kim qaçırdı, ya da kimlər oğlumu apardı, hələ də bilmirik. Allah rizası üçün, insanlıq adına oğlum azadlığa buraxılmasını istəyirik. Oğlum sadəcə müəllimdi, heç bir təqsiri, günahı yoxdur ".

Qaçırılan müəllimin iyunun 21-də şəhid edildiyi məlum olub.


Müəllif: Şəfiqə