22 İyun 2017 20:54
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın jurnalistlərlə görüşündə gündəmdəki mövzuları dəyərləndirib.

Teleqraf.com xəbər verir ki, İ.Kalın Suriyada münaqişənin olmadığı bölgələrlə bağlı müzakirələrin aparıldığını vurğulayıb. O qeyd edib ki, böyük ehtimalla İdlib bölgəsində əsasən Türkiyə və Rusiya, Dəməşq ətrafında əsasən Rusiya və İran, cənubda Deraa bölgəsində İordaniya və ABŞ-ın daxil olacağı bir mexanizm üzərində çalışılır. Hətta, rusların belə bir təklifi var; bəlkə Qırğızıstan və Qazaxıstan bəlli bir sayda hərbçi göndərə bilərlər. Bu missiya daxilində onların da yer alması mümkündür. Mexanizmin ilk məqsədi atəşkəsin daha davamlı olmasını təmin etməkdən ibarətdir. Həmin yerlərdə bu missiya olduğu zaman qarşı duran tərəflərin savaşma ehtimalını minimum endirmək imkanı olacaq. Amma bu çox detallı bir iş görülməsini tələb edir”.

İ.Kalın müzakirələrin hal-hazırda davam etdiyini vurğulayıb: “Xəritələrə baxılır, kim hardan girəcək, nə qədər əsgər harda olacaq… Yəni, məsələn 300 əsgər, 500 əsgərmi lazımdır? Hazırda İdlibin 1 milyondan çox əhalisi var. Bura nə qədər şəxsi heyət cəlb olunması gərək olduğunu hazırda əsgərlər müzakirə edir. İyul ayında keçiriləcək Astana toplantısına qədər bunun daha dəqiq bir forma alacağını gözləyirik”.


Müəllif: Səxavət