Teleqraf.com-un məlumatına görə, Britaniya şahzadəsi Harri istisna kimi jurnalistlərə müsahibə verərkən bu sözləri deyib.
Şahzadə onların belə tərbiyə olunmasında anasının böyük rol oynadığını vurğulayıb: “O, qardaşımla məni evsiz-eşiksiz adamların yanına aparırdı. Nəsə almaq lazım olanda qulluqçularını yox, məni mağazaya göndərirdi. O vaxtdan alış-verişi elə mən özüm edirəm.
Düzdür, məsələn, marketdən ət, düyü alanda qorxuram ki, bu dəqiqə hansısa jurnalist şəklimi çəkəcək. Amma yenə də çıxıb getmirəm. Çünki mən də rahat həyat yaşamaq istəyirəm. Adi insan kimi mağazadan lazım olanı alıb çıxıb getmək istəyirəm.”
Şahzadə bildirib ki, o, nə vaxtsa kral olsa, yenə də mağazaya özü gedəcək:
“Nə vaxtsa uşaqlarım olsa, onlar da mənim kimi sadə həyat yaşayacaqlar. Üzdən xoş görünsə də, kral ailəsinin üzvü olmaq çox çətindir. Etiraf edirəm ki, mənim ailəmdə heç kim daha kral və ya kraliça olmaq istəmir”.