23 İyun 2017 00:11
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu "Əl Qaidə" terror təşkilatının lideri Əbu Xəttabın öldürüldüyünü bildirib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ABŞ ordusu Yeməndə keçirdiyi hava əməliyyatları zamanı "Əl Qaidə"nin bir neçə bazasını bombalayıb.

Avia zərbələr nəticəsində bir neçə yaraqlı, o cümlədən "Əl Qaidə" terror təşkilatının lideri Abu Xəttab Əl Avlaqi öldürülüb. Əbu Xəttab ABŞ-ın terrorçular siyahısında başda duran adlardan biri olub.


Müəllif: Ruslan