23 İyun 2017 00:46
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində 33 yaşlı E.A motosikletlə hərəkət edərkən yolda gedən qadınlara qarşı tərbiyəsizlik edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.A-nın qadınlara qarşı əl-qol hərəkəti təhlükəsizlik kameraları tərəfindən yaddaşa köçürülüb. Polis kameralardakı görüntülər əsasında əməliyyat keçirərək E.A-nı həbs edib.

Qeyd edək ki, Türkiyədə qadınların sürücülər tərəfindən təcavüzə məruz qalması ölkədə ciddi narazılığa səbəb olub. Bir neçə gün öncə velosipedçinin yanından keçdiyi qadınların arxalarına əl vurduğu görüntülənmişdi. Polis həmiş şəxsi də həbs etmişdi.


Müəllif: Teleqraf.com